Bu il Konstitusiya ilə bağlı referendumun keçirilməsi çağırışı var - Zahid Oruc

23 Yanvar 2025 12:03 (UTC+04:00)

Azərbaycanda 2025-ci ilin “Konstitusiya və Suverenlik ili” elan olunması ilə əlaqədar qarşıda bir çox çağırışlar, baxışlar var və bu çağırışlara yeni referendumun keçirilməsi də daxildir.

Bunu Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc komitənin bugünkü iclasında deyib.

O qeyd edib ki, bu il həmçinin Zəfər Konstitusiyasının qəbul olunması da mümkündür:

"Nəzərə alsaq ki, Konstitusiyaya dəyişikliklər məsələsi parlamentdə tez-tez qaldırılır. Bu kimi çağırışlar və baxışlar aktualdır".

AzNews.az