Rutte: Ukraynanın itkisi NATO-ya trilyonlarla dollara başa gələcək

23 Yanvar 2025 13:26 (UTC+04:00)

NATO-nun baş katibi Mark Rutte Davosda keçirilən Dünya İqtisadi Forumunda deyib ki, Ukraynanın münaqişədə itkisi Şimali Atlantika Alyansına əlavə trilyonlarla dollara başa gələcək.

Onun sözlərinə görə, cəbhə xətti alyansın can atdığı istiqamətdə hərəkət etmədiyi üçün NATO Kiyevə dəstəyini zəiflətmək əvəzinə gücləndirməlidir.

Rutte vurğulayır ki, Ukraynanın itkisi NATO-nu müdafiəyə milyardlarla deyil, trilyonlarla vəsait xərcləməyə məcbur edəcək ki, bu da hazırkı öhdəlikləri və alyansın ÜDM-nin 3%-i ilə bağlı müzakirələri üstələyir.

Mövsüm

Aznews.az