Belarus prezidenti Aleksandr Lukaşenko 15 məhkumu əfv edib.
Bu barədə dövlət başçısının mətbuat xidmətinə istinadən BELTA məlumat yayıb.
Ekstremist cinayətlərə görə cəza çəkənlərdən səkkiz nəfər əfv edilib: üç kişi və beş qadın (onlardan biri hamilə).
Həmçinin narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə üçü qız olmaqla 7 nəfər əfv edilib. Onlardan 6-sı azyaşlı kimi cinayət törədib, bir yetkin məhkum isə xərçəng xəstəliyinə tutulub.
Mövsüm
Aznews.az