Hakan Fidan Avropa İttifaqının ali nümayəndəsi Kallas ilə görüşüb

24 Yanvar 2025 16:29 (UTC+04:00)

Türkiyə xarici işlər naziri Hakan Fidan Ankarada Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Kaja Kallas ilə görüşüb.

Fidan və Kallas arasındakı görüşlərdə Türkiyə-AB əlaqələrinin nəzərdən keçirilməsi və irəliləyişlərin əldə ediləcəyi sahələrin müəyyənləşdirilməsi nəzərdə tutulur.

Görüşlər zamanı həmçinin Türkiyə və AB-yə birbaşa təsir edən kritik regional hadisələr, xüsusilə Ukrayna-Rusiya müharibəsi, Qəzza və Fələstindəki vəziyyət, Suriyanın sabitliyi və dirçəlişi, birgə addımlar və əməkdaşlıq məsələlərinin qiymətləndirilməsi planlaşdırılır. Nazir Fidanın Kallas ilə görüşündə Türkiyənin Aİ-yə üzvlüyünün strateji məqsəd olduğunu və üzvlük prosesinin canlandırılması gözləntisini vurğulaması və bu çərçivədə Türkiyə-AB Assosiasiya Şurası ilə Yüksək Səviyyəli Dialoq görüşlərinin təşkilinin mühüm əhəmiyyət kəsb edəcəyi addımlar atılacağı gözlənilir.

Bundan əlavə, Fidanın Gömrük İttifaqının yenilənməsi ilə bağlı danışıqlara gecikmədən başlamaq lazım olduğunu bildirməsi və miqrasiya əməkdaşlığının yeni reallıqlara uyğun olaraq ədalətli yük və məsuliyyətin bölüşdürülməsi əsasında yenilənməsi gözləntilərini ifadə etməsi gözlənilir.

Mövsüm

Aznews.az