Zaqatala sakini ehtiyatsızlıqdan özünü güllələyərək öldürüb

25 Yanvar 2025 09:03 (UTC+04:00)

Zaqatala rayon sakini ov tüfəngindən açılan atəş nəticəsində ölüb.

Aznews.az xəbər verir ki, rayonun Axaxdərə kənd sakini, 1993-cü il təvəllüdlü Hüseyn Məmmədov dağlıq ərazidə yıxılıb və ehtiyatsızlıqdan üzərində daşıdığı ov tüfəngindən açılan atəş nəticəsində aldığı xəsarətlərdən ölüb.

Fakt araşdırılır.