Xəzərdə zəlzələ olub

25 Yanvar 2025 18:57 (UTC+04:00)

Xəzər dənizində 3.1 maqnitudalı zəlzələ olub.

Bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosu məlumat yayıb.

Yeraltı təkan yerli vaxtla saat 17:22-də qeydə alınıb.

Zəlzələ 66 km dərinlikdə baş verib.

AzNews.az