Rusiya XİN Ukraynada üçüncü ölkələrin vasitəçiliyi üçün şərtləri açıqlayıb

27 Yanvar 2025 18:54 (UTC+04:00)

Ukrayna ilə bağlı vasitəçilik üçün münaqişədə ölkələr bərabər məsafədə olmalıdır.

Bunu Rusiya Federasiyası xarici işlər nazirinin müavini Mixail Qaluzin Türkiyənin Moskvadakı səfiri Tanju Bilgiç ilə görüşündə deyib .

“Ukrayna ətrafında vəziyyət ətraflı müzakirə olunub. Ankaraya diqqət çəkilib ki, Ukrayna böhranının həllində vasitəçi olduqlarını iddia edən ölkələr bərabər məsafə prinsipinə riayət etməli və münaqişə tərəflərindən biri ilə birləşməməlidirlər”, - deyə görüşün yekunlarına dair bəyanatda deyilir.

Bundan əlavə, Rusiya tərəfi real sülh təşəbbüslərinə və əməkdaşlıq təkliflərinə açıq olduğunu bildirib.

Mövsüm

Aznews.az