Hindistanda bina çöküb: ölənlər var

28 Yanvar 2025 10:13 (UTC+04:00)

Hindistanda Yeni Dehlidə dörd mərtəbəli binanın uçması nəticəsində iki nəfər ölüb.

Bu barədə "The Indian Express" nəşri məlumat yayıb.

Qeyd olunur ki, məktəbin yanında yerləşən bina bu yaxınlarda tikilib.

“Hazırda iki nəfər ölü tapılıb, 12 nəfər xilas edilib”, - deyə polis əməkdaşı bildirib.

Mövsüm

Aznews.az