ARDNF ötən il büdcə öhdəliyini tam icra edib

28 Yanvar 2025 14:04 (UTC+04:00)

2024-cü ildə Azərbaycan Dövlət Neft Fondu (ARDNF) dövlət büdcəsinə nəzərdə tutulan qədər - 12 milyard 781 milyon manat vəsait transfert edib.

AzNews.az bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, bu, 2023-cü illə müqayisədə 8,9 % çoxdur.

Hesabat dövründə ARDNF-dən transfertlər büdcə gəlirlərinin 34,4 %-ni təşkil edib.

Ötən il dövlət büdcəsinin gəlirləri 37 milyard 164,2 milyon manat, xərcləri 37 milyard 719,7 milyon manat təşkil edib.

AzNews.az