Polşada bıçaqlı hücum nəticəsində 4 nəfər yaralanıb

28 Yanvar 2025 18:22 (UTC+04:00)

Polşanın Olkusz şəhərində bir kişi və üç qadın bıçaqla yaralanıb.

Bu barədə Radio Eska radiostansiyası polisə istinadən məlumat yayıb.

Hücum yerli supermarketdə baş verib. 23 yaşlı hücumçu 4 nəfəri yaralayıb və daha sonra saxlanılıb.

Bundanbir gün əvvəl Olkuszda bir nəfər də təqaüdçüyə hücum etmişdi.

Mövsüm

Aznews.az