Bakının Xəzər və Nizami rayonlarında səsvermə başlayıb

29 Yanvar 2025 09:11 (UTC+04:00)

Bakının Xəzər rayonu Türkan qəsəbəsi 14 saylı Dairə Seçki Komissiyasında, Buzovna qəsəbəsi, 12 saylı Dairə Seçki Komissiyasında bələdiyyə seçkilərinə görə səsvermə başlayıb.

Nizami rayonu 24 saylı seçki dairəsində də seçki prosesi start götürüb.

Qeyd edək ki, Azərbaycanda seçki məntəqələri bələdiyyə seçkilərində səsvermə üçün açılıb. Seçkilərdə ümumilikdə 16 min 92 namizəd mübarizə aparır.

Seçkilər ölkə ərazisindəki 118 seçki dairəsini əhatə edən 5 min 846 məntəqədə keçirilir. 685 bələdiyyənin 8 min 71 üzvü üçün 16 min 92 namizəd mübarizə aparır.

AzNews.az