Mark Trampa 25 milyon dollar təzminat ödəyəcək

30 Yanvar 2025 08:26 (UTC+04:00)

ABŞ prezidenti Donald Tramp 2021-ci il yanvarın 6-da Kapitoliyə hücumdan sonra "Facebook" və "Instagram" səhifələrinin bloklandığına görə “Meta” korporasiyasından təzminat alacaq.

APA xəbər verir ki, bu barədə “The Wall Street Journal” məlumat yayıb.

Razılaşmanın şərtlərinə görə, 22 milyon dollar prezident kitabxanasının fonduna, qalanı isə məhkəmə xərclərinə yönəldiləcək.

AzNews.az