ABŞ prezidenti Donald Tramp Vaşinqton yaxınlığındakı Ronald Reyqan Milli Hava Limanı (DCA) yaxınlığında baş verən təyyarə qəzasını “dəhşətli” adlandırıb.
AzNews.az xəbər verir ki, Tramp bildirib: “Mən Reyqan Milli Hava Limanında baş vermiş dəhşətli qəza haqqında tam məlumat almışam. Allah ruhlarını şad etsin. Təcili yardım tərəfindən görülən inanılmaz işlərə görə təşəkkür edirəm" deyə Ağ Evin mətbuat katibi Karoline Livitt Trump-ın X sosial mediasında (keçmiş Twitter) sözlərindən sitat gətirib.
Prezident vəziyyəti nəzarətdə saxladığını vurğulayıb və fürsət yaranan kimi daha ətraflı məlumat verəcəyinə söz verib.
AzNews.az