İsveçdə Quran yandırma aksiyalarının təşkilatçısı Salvan Momik güllələnib.
Bu barədə SVT telekanalı məlumat yayıb.
“Quran yandıran Salvan Momika çərşənbə günü axşam saatlarında Hovsje şəhərindəki evdə güllələnərək öldürülüb”, - bəyanatda deyilir.
Aydın olur ki, Stokholm Dairə Məhkəməsi təhrik maddəsi üzrə hökmü cümə axşamı elan etməli idi. Amma təqsirləndirilənlərdən birinin ölümü ilə əlaqədar hökmün elanı təxirə salınıb.
Mövsüm
Aznews.az