Əgər sizdə qrip əlamətləri (qızdırma, halsızlıq, əzələ ağrıları, boğaz ağrısı, öskürək) müşahidə olunmağa başlayırsa, dərhal istirahət etməli və lazım gəldikdə həkimə müraciət etməlisiniz.
Aznews.az qripə qarşı 10 tədbiri təqdim edir:
1- Əllərinizi yumaq
Əllərinizi yuyun. Əllərin tez-tez yuyulması virusların əllərdən ağıza, buruna və ya gözə keçməsinin qarşısını alır.
2- Maska taxmaq
Maska taxın. Maska taxmaq virusun yayılmasını azaldar. Xüsusən insanların sıx olduğu yerlərdə və ya xəstə insanların yaxınlığında.
3- Təmizlik
Daimi evinizi təmizləyin. Evdə tez-tez istifadə olunan səthləri (telefon, qapı tutacaqları, açarları və s.) dezinfeksiya edin.
4- Sağlam qidalanma
Sağlam qidalanın və immunitet sistemini gücləndirin. Yetərincə vitamin və mineral qəbuluna diqqət yetirin. C vitamini və sink kimi immunitet sistemini dəstəkləyən qidaları yeyin. Tərəvəzlər, meyvələr, tam taxıllı qidalar və sağlam yağlar vacibdir.
5- Yuxu
Yuxusuzluq immunitet sistemini zəiflədə bilər, ona görə də müntəzəm, keyfiyyətli yuxu almaq çox vacibdir.
6- Su
Bol su içmək... Bədənin su balansının saxlanılması selikli qişaların düzgün işləməsini və virusların orqanizmdə daha az təsirli olmasını təmin edir.
7- Mühitin havalandırılması
Qapalı yerlərdə, xüsusən də tez-tez istifadə olunan otaqlarda havalandırma virusların yayılmasının qarşısını ala bilər.
8- Sıx mühitlərdə olmamaq
Sıx mühitlərdən çəkinin. Xüsusilə qrip mövsümündə insanların sıx olduğu yerlərdə olmamağa diqqət edin.
9- Peyvənd olunmaq
Qrip peyvəndi qriplə yanaşı, sizi ciddi infeksiyalardan qorumağa kömək edər.
10- C vitamini
Təbii meyvə və tərəvəzlərdən C vitamini qəbul etməklə qripə yoluxma riskinizi əhəmiyyətli dərəcədə azalda bilərsiniz.