Bolu otelindəki yanğından sonra ən azı 50 otel möhürlənib

30 Yanvar 2025 22:59 (UTC+04:00)

Türkiyə hakimiyyəti Bolu vilayətində kurort otelində 80-ə yaxın insanın ölümü ilə nəticələnən yanğından sonra Antalyada ən azı 50 oteli bağlamaq qərarına gəlib.

Bu barədə yanvarın 30-da Türkiyənin NTV telekanalı məlumat yayıb .

Ölkənin Mədəniyyət və Turizm Nazirliyinin İnvestisiya və Sahibkarlıq Departamenti nazir müavini Nadir Alpaslanın imzası ilə təcili məktub göndərib.

“O, sahibkarlıq və ya fəaliyyət lisenziyası olmayan və qanunla müəyyən edilmiş müddətdə turizm fəaliyyəti sertifikatı almamış bütün qeydiyyata alınmamış əmlakların möhürlənməsini tələb edir. Antalyada yoxlamalardan sonra bələdiyyə qrupları Kaleiçi məhəlləsi və onun ətrafında 50 oteli möhürlədi”, - nəşr yazır.

Mövsüm

Aznews.az