Azəbaycan BMT ilə Çərçivə Sənədi üçün təkliflərini açıqlayıb

31 Yanvar 2025 09:52 (UTC+04:00)

Azəbaycan BMT ilə Dayanıqlı İnkişaf üzrə Əməkdaşlığa dair Çərçivə Sənədi üçün təkliflərini açıqlayıb.

Bu barədə BMT və Azərbaycan arasında Dayanıqlı İnkişaf üzrə Əməkdaşlığa dair Çərçivə Sənədi (2026-2030-cu illər) “Yüksək Səviyyəli Strateji Prioritetləşdirmə” seminarında çıxışı zamanı Azərbaycan iqtisadiyyat nazirinin müavini Səməd Bəşirli danışıb.

O Yeni Çərçivə Sənədinin 5 əsas istiqaməti əhatə etməsini təklif edib:

“COP29 zamanı elan edilən iqlim təşəbbüslərinin həyata keçirilməsi, işğaldan azad olunmuş ərazilərin reinteqrasiyası üçün dayanıqlı inkişaf layihələri, 18-ci DİM-in sənədə daxil edilməsi və mina təhlükəsizliyinin gücləndirilməsi, iqtisadi diversifikasiya, ixracın artırılması və innovasiya təşəbbüslərinin genişləndirilməsi və dördüncü sənaye inqilabı və rəqəmsal iqtisadiyyat sahəsində əməkdaşlığın gücləndirilməsini təklif edirik. İqtisadiyyat Nazirliyi bu istiqamətlərdə daha detallı təqdimat hazırlayıb”.

AzNews.az