"Qarabağ" mahnısı İrəvanı qarışdırdı. Ermənistan XXO məlumat yaydı, adları açıqladı

31 Yanvar 2025 11:30 (UTC+04:00)

Ermənistanın Milli Təhlükəsizlik Xidməti (MTX) internetdə geniş yayılan və geniş rezonansa səbəb olan video ilə bağlı açıqlama yayıb. Söhbət bir qrup azərbaycanlının İrəvanın mərkəzi meydanında "Qarabağ" mahnısı oxumasından gedir.

AzNews.az xəbər verir ki, Ermənistan xüsusi xidmət orqanları bu gün hadisə ilə bağlı açıqlama yayıb.

Məlumata görə, videoda yer alan şəxslər əslində İran İslam Respublikasının vətəndaşlarıdır:

- Milad Qəhrəmani Əfşar

- Behzad Qafari Şhabanlı

- Mehdi Məhəmmədi

- Həmid Əziz Maliki

- Nadir Qafari

Erməni mediasına verilən açıqlamaya görə, adıçəkilən şəxslər 2024-cü ilin dekabrından 2025-ci ilin yanvar ayının 3-dək Ermənistanda olublar.

AzNews.az