"Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə Ağdaş rayon İcra Hakimiyyətinin meşəbərpa tədbirləri çərçivəsində təşkil etdikləri ağacəkmə aksiyasına bu gün mən də qatıldım".
AzNews.az xəbər verir ki, bu barədə millət vəkili Sahib Alıyev məlumat verib. Deputat deyib:
"Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayevlə Ağdaş Rayon İcra Hakimiyyətinin başçısı Orxan Hüseynzadənin də iştirak etdikləri aksiya zamanı Eymur kəndindəki meşə fondunda Şərq çinarlarının sayını 2300 ədəd də artırdıq. İnşallah, hamısı böyüyər"!.
AzNews.az