Ukrayna Ali Radasının müvəqqəti istintaq komissiyasının sədri, millət vəkili Anna Skoroxod Bakıdan Ruben Vardanyanı yalnız Qarabağdakı fəaliyyətinə görə deyil, həm də Rusiyanın Ukraynaya qarşı təcavüzünü maliyyələşdirdiyi üçün cəzalandırmağı istəyib.
Musavat.com xəbər verir ki, o, Facebook hesabında ötən il Ukrayna, Latviya, Litva və Rumıniyadan 120-dən çox deputatın Nobel Komitəsinə Vardanyanın namizədlər siyahısından çıxarılması üçün müraciət etdiyini, lakin bunun nəzərə alınmadığını xatırladıb.
"Vardanyan Putin rejiminin maliyyəçisi, Ukraynaya qarşı təcavüzün sponsoru və Qarabağdakı qanunsuz separatçı qurumun keçmiş rəhbəridir. Ümid edirəm ki, hazırda onun məhkəməsinin davam etdiyi rəsmi Bakı bu şəxsin yalnız Qarabağdakı cinayətlərinə görə deyil, həm də Ukraynaya qarşı təcavüzdə və XXI əsrin əsas diktatorunu maliyyələşdirməkdə iştirakına görə cəzalandırılmalı olduğunu unutmayacaq," – deyə Skoroxod bildirib.
AzNews.az