CXP İzmir millət vəkili Tuncay Özkan haqqında istintaq başladılıb.
AzNews.az Türkiyə mediasına istinadən xəbər verir ki, ölkənin Baş Prokurorluğu Tuncay Özkanın "Həbsxanada siyasi sui-qəsd ola bilər" ifadəsi ilə bağlı istintaqa başladığını açıqlayıb.
Qeyd edək ki, Tuncay Özkan iştirak etdiyi televiziya proqramında həbsxanada olduğu müddətdə yeməyinə siçovul zəhəri qatıldığını iddia etmişdi. Türkiyənin Həbsxana və Təcridxanalar Baş İdarəsi isə yazılı açıqlama verərək Özkanın iddialarının yalan və spekulyasiya olduğunu bildirmişdi.
AzNews.az