MSK şikayətləri DSK-lara göndərib

1 Fevral 2025 16:45 (UTC+04:00)

Mərkəzi Seçki Komissiyası (MSK) yanvarın 29-da keçirilən bələdiyyə seçkiləri ilə əlaqədar daxil olan müraciətlərə baxıb.

Qurumun bu gün keçirilən iclasında əvvəlcə müraciətlərin hansı seçki dairələrindən daxil olduğu barədə məlumat verilib.

Bildirilib ki, MSK-ya 8 dairə seçki komissiyasından müraciət daxil olub:

56 saylı Şabran-Xaçmaz DSK (2 şikayət),

67 saylı Sabirabad DSK,

68 saylı Sabirabad-Şirvan DSK,

72 saylı Cəlilabad kənd DSK,

81 saylı İmişli DSK,

82 saylı İmişli-Saatlı DSK,

85 saylı Füzuli-Ağcabədi DSK,

86 saylı Ağcabədi DSK.

Müraciətlər araşdırılması üçün aidiyyəti üzrə dairə seçki komissiyalarına göndərilib.

AzNews.az