"Sumqayıt"ın baş məşqçisi: "Şəki" ilə oyuna çox yaxşı köklənmişdik"

1 Fevral 2025 17:40 (UTC+04:00)

"Şəki" ilə oyuna çox yaxşı köklənmişdik.

"Aznews.az" xəbər verir ki, bunu "Sumqayıt"ın baş məşqçisi Vadim Kuramş "Şəki"yə qarşı Azərbaycan Basketbol Liqasının XIII turunun oyunundan sonra deyib.

Mütəxəssis klubun mətbuat xidmətinə açıqlamasında qələbəyə görə sevincli olduqlarını bildirib:

"Oyunçularımı qələbə münasibətilə təbrik edirəm. Bizim üçün çox çətin oyun oldu. "Şəki" çox yaxşı komandadır. Onların komplektləşmiş heyəti var. Qrupumuzun da lideri idilər. Amma biz bu matça çox yaxşı köklənmişdik. Hədəfimiz pley-offdur. Bu gün 40 yaşlı Aleksey Kitayev qəhrəmanlıq göstərdi. O, 4-cü periodda Saadettin Donatı əvəzləyərək 7 dəqiqə ərzində 10 xal topladı və bu da bizim üçün dönüş nöqtəsi oldu".

Qeyd edək ki, "Şəki" - "Sumqayıt" qarşılaşması ikincilərin 98:93 hesablı qələbəsi ilə yekunlaşıb.