Həndbol üzrə Azərbaycan çempionatlarında final mərhələsinin daha 3 oyunu baş tutub

1 Fevral 2025 18:25 (UTC+04:00)

Həndbol üzrə Azərbaycan çempionatlarında final mərhələsinin daha 3 oyunu keçirilib.

"Aznews.az" xəbər verir ki, kişi həndbolçuların yarışında I – IV yerlər uğrunda mübarizə aparan “Qarabağ” “Bakı”ya 26:24 hesabı ilə qalib gəlib.

V-VI yerlər üçün yarışan “Təhsil” və “Dinamo” komandalarının duelində qalib müəyyənləşməyib – 31:31.

Qadın həndbolçuların mübarizəsində isə V-VI pillələr uğrunda yarışan “Bakı” bu tur “Gənclər Birliyi”nə 40:30 hesabı ilə qalib gəlib.