ANAMA İdarə Heyəti sədrinin birinci müavini vəzifəsindən azad edilib

1 Fevral 2025 22:34 (UTC+04:00)

Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 31 yanvar tarixli müvafiq Sərəncamı ilə Bəhruz Əmir oğlu Məmmədov Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyəti sədrinin birinci müavini vəzifəsindən azad edilib.

Aznews.az xəbər verir ki, bu haqda ANAMA-dan məlumat verilib.