Xəzər dənizində 3,2 maqnitudalı zəlzələ olub.
Bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib.
"Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, Xəzər dənizində zəlzələ qeydə alınmışdır", – məlumatda qeyd olunub.
Bakı vaxtı ilə 13:50 qeydə alınmış yeraltı təkanların ocağı 60 km dərinlikdə yerləşib.
AzNews.az