Cari tədris ili üzrə müsabiqədə 6 211 gənc müəllim qəbul olunub

2 Fevral 2025 19:18 (UTC+04:00)

2024-2025-ci tədris ili üzrə müəllimlərin işə qəbulu müsabiqəsində 3 212 gənc müəllim müddətsiz qəbul olunub.

Bu barədə Təhsil İnstitutunun nəzdində İnsan Resursları Mərkəzindən "Aznews.az"a bildirilib.

Qeyd edilib ki, 2 999 gənc müəllim isə müddətli müqavilə ilə ümumi təhsil müəssisələrinə işə qəbul olunub.