Bu gün məktəblərdə qış tətili başa çatır

3 Fevral 2025 08:21 (UTC+04:00)

Məktəblərdə qış tətili bitib.

Nazirlər Kabinetinin “Ümumi təhsil müəssisələrində tədris ilinin müddətinin təsdiq edilməsi haqqında” müvafiq qərarına əsasən, yanvarın 27-dən ümumi təhsil müəssisələrində 2024-2025-ci tədris ili üzrə qış tətili başlayıb.

Tətil 27-31 yanvar tarixlərini (5 gün) əhatə edib. Bu qərar ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına da şamil edilir.

Qeyd edək ki, 5 günlük iş həftəsi ilə işləyən ümumtəhsil müəssisələrində 3 fevral 2025-ci il tətildən sonra ilk dərs günüdür.

AzNews.az