Belçikada təxminən 8 ay davam edən koalisiya danışıqlarından sonra hökumət quruldu və sağ təmayüllü Yeni Flaman Alyansının (N-VA) lideri Bart De Vever ölkənin yeni baş naziri oldu.
2024-cü il iyunun 9-da keçirilən seçkilərdə birinci olan Flaman millətçisi N-VA-nın lideri De Vever 237 günlük koalisiya danışıqlarından sonra əldə edilən kompromis nəticəsində yeni baş nazir oldu.
Hazırkı baş nazir Aleksandr de Krudan vəzifəyə keçən De Vever Kral Filipin qarşısında and içib.
De Vever bu gün paytaxt Brüsseldə keçiriləcək qeyri-rəsmi Avropa İttifaqı (Aİ) sammitində ölkəsini təmsil edəcək.
Koalisiyanın digər tərəfdaşları liberal Frankofoniya partiyası "MR", mərkəzçi Frankofoniya "Les Engages", sosialist Flamand "Vooruit" və xristian demokrat "CD&V" idi.
De Vever hökuməti qurulmadan əvvəl ölkənin büdcə kəsiri səbəbiylə həyata keçirəcəyini açıqladığı qənaət siyasətlərinə görə dəfələrlə etirazla qarşılanıb.
Mövsüm
Aznews.az