Qəzzaya humanitar yardımlar gəlməyə başlayıb

3 Fevral 2025 18:48 (UTC+04:00)

HƏMAS və İsrail arasında atəşkəs razılaşmasının qüvvəyə minməsindən iki həftə sonra humanitar yardım karvanları Qəzza zolağına daxil olub.

Bu barədə "Associated Press" məlumat yayıb.

Razılaşmaya əsasən, İsrail hər gün Qəzzaya humanitar yardım aparan 600-ə qədər yük maşını buraxacağına söz verib. Bununla belə, yardımın paylanması dağılmış yollar, İsrailin yoxlamaları və partlamamış hərbi sursatların olması ilə çətinləşir.

Ərzaq qiymətlərinin yüksəkliyi və ilkin tələbat mallarının çatışmazlığı ilə üzləşən bir çox sakinlər ağır şəraitdə yaşamağa davam edir. Məqalədə deyilir ki, İsrail hələ də bəzi “ikili təyinatlı” malların silahlılar tərəfindən istifadəsindən ehtiyat edərək idxalını məhdudlaşdırır.

Mövsüm

Aznews.az