Paris qatar stansiyasında atışma nəticəsində iki nəfər yaralanıb

3 Fevral 2025 18:50 (UTC+04:00)

Parisdə qatar stansiyasında atışma nəticəsində iki nəfər yaralanıb.

Bu barədə yerli polisə istinadən "France-Presse" (AFP) agentliyi məlumat yayıb.

“İki nəfər güllə yarası alıb”,- agentliyin Teleqram kanalında deyilir.

AFP-nin məlumatına görə, atışma Nəqliyyatda Təhlükəsizlik İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilib.

"Le Parisien" -in məlumatına görə , onlar şübhəli şəxsi görüblər və onu saxlamağa çalışıblar. Cinayətkar saxta tapançanı hüquq-mühafizə orqanlarının əməkdaşlarına tuşlayıb, bundan sonra polis atəş açıb.

Mövsüm

Aznews.az