Fələstinin HƏMAS radikal hərəkatının iki yüksək səviyyəli nümayəndəsi Qəzza zolağında mövcud atəşkəsin ikinci mərhələsinin təfərrüatları üzrə danışıqlara başlamağa hazır olduqlarını bildiriblər.
Bu barədə Britaniyanın “The Guardian” qəzeti məlumat yayıb.
"Ötən həftə Qahirədə Misir vasitəçiləri ilə davam edən təmaslar və görüşlər zamanı HƏMAS bildirdi ki, biz ikinci mərhələ üzrə danışıqlara başlamağa hazırıq", - hərəkatın adının açıqlanmayan nümayəndəsi bildirib.
Həmas rəsmilərindən biri danışıqların növbəti raunduna başlamaq üçün vasitəçilərin gözlədiklərini bildirib.
Mövsüm
Aznews.az