Rutte: NATO-nun 2025-ci ildə müdafiə xərcləri ÜDM-in 2%-dən çox olacaq

3 Fevral 2025 21:24 (UTC+04:00)

NATO 2025-ci ildə müdafiə xərclərinin səviyyəsini qiymətləndirəcək, lakin bu, ÜDM-in hazırkı 2%-dən əhəmiyyətli dərəcədə yüksək olacaq.

Bu barədə NATO-nun baş katibi Mark Rutte jurnalistlərə bildirib.

“Bu ilin sonunda biz müdafiə xərclərinin səviyyəsini müəyyən edəcəyik. Bu, ÜDM-in 2%-dən əhəmiyyətli dərəcədə yüksək olacaq”, -deyə Rutte bildirib.

Mövsüm

Aznews.az

Bu məsələnin NATO-nun bu yay Haaqada keçiriləcək sammitində həll olunacağı dəqiqləşib.