Azərbaycan Premyer Liqasında komanda sayı artırılacaq

3 Fevral 2025 22:41 (UTC+04:00)

Misli Premyer Liqasında komanda sayı artırılır.

Aznews.az xəbər verir ki, bu barədə AFFA İcraiyyə Komitəsinin iclasında qərar çıxarılıb.

2025/2026 mövsümündən komanda sayının 10-dan 12-yə artırılması qərara alınıb.

Çempionatın əsasnaməsi və formatı İcraiyyə Komitəsinin növbəti toplantısında müzakirə ediləcək.