ABŞ İrana təzyiqləri gücləndirməlidir.
Bu barədə ABŞ Dövlət katibi Marko Rubio "Fox News" telekanalına müsahibəsində bildirib.
"İrana təzyiqləri o vaxta qədər artırmalıyıq ki, onlar öz indiki fəaliyyətlərini dayandırsınlar. Bu fəaliyyətlər isə son nəticədə nüvə silahının yaradılmasına yönəlib", - Rubio qeyd edib.
Yanvarın ortalarında İran Prezidenti Məsud Pezeşkian "NBC News" telekanalına müsahibəsində bildirib ki, Tehran nüvə silahı yaratmaq məqsədi güdmür.
AzNews.az