Erməni "ArBat" komandiri Moskvada necə partladılıb? - Təfərrüatlar

4 Fevral 2025 09:33 (UTC+04:00)

Dünən Moskvanın “Qırmızı yelkənlər” yaşayış kompleksində baş vermiş partlayış nəticəsində həlak olan “ArBat” batalyonunun qurucusu, beynəlxalq səviyyədə tanınmamış Donetsk Xalq Respublikasının (DXR) Boks Federasiyasının prezidenti Armen Sarkisyanı təhlükəsizlik kameraları ilə çəkilən görüntüləri üzə çıxıb.

AzNews.az “İzvestiya”ya istinadən xəbər verir ki, o, tez-tez “Veşki” hamamında istirahət edirmiş. Sərkisyan mühafizəçilərin müşayiəti ilə iki avtomobildə hamama gəlib. Bir dəfə restorana getmək üçün hamamdan çıxıb. Şahidlərin dediyinə görə, Sarkisyan üç ilə yaxındır ki, tez-tez bu hamamda olub. Hadisədən günlər öncə cangüdənlər köhnə maşında iki oğlan fərq ediblər. Nəzər cəlb etdiklərini anlayan həmin oğlanlar bara gedib, kofe içib, sonra çıxıb gediblər. Eyni zamanda, Sarkisyan da onları bir neçə dəfə gördüyünü və izləndiyini başa düşdüyünü bildirirmiş. Həmin gün Sərkisyanın yanına ağ “Mercedes-Benz” markalı avtomobillə rəfiqəsi də gəlibmiş.

Qeyd edək ki, partlayış nəticəsində ağır yaralanan “ArBat” könüllülər batalyonunun qurucusu Armen Sarkisyan daha sonra xəstəxanada dünyasını dəyişib. Rusiya mediası fevralın 3 -də “Qırmızı yelkənlər” yaşayış kompleksində baş verən partlayışdan sonra ölən Sarkisyanın Ukraynadan tez -tez təhdidlər aldığı bildirir. Rusiya Daxili İşlər Nazirliyi bir neçə itki barədə məlumat yayıb.Hadisə ilə bağlı cinayət işi açılıb.

AzNews.az