Yeni təlim toplanışı başladı - MN-in məlumatı

4 Fevral 2025 10:19 (UTC+04:00)

Cari ilin hazırlıq planına əsasən, ehtiyatdan çağırılan bir qrup hərbi vəzifəlinin cəlb edildiyi növbəti təlim toplanışı başlayıb.

Bu barədə Müdafiə Nazirliyindən bildirilib.

Hərbi vəzifəlilər toplanış məntəqəsinin qərargahında müvafiq qeydiyyatdan və həkim müayinəsindən keçdikdən sonra hərbi geyim və digər təminat növləri ilə təmin olunublar.

Təlim toplanışının əsas məqsədi hərbi vəzifəlilərin döyüş hazırlığı səviyyəsinin, bilik və bacarıqlarının artırılması, o cümlədən praktiki vərdişlərinin təkmilləşdirilməsidir.

AzNews.az