Ballıcada bal kimi bir uşaq dünyaya gəldi - Xocalının gözü aydın!

4 Fevral 2025 10:25 (UTC+04:00)

Xocalı rayonunun Ballıca kəndində ilk körpə dünyaya gəlib.

Xocalı sakini 1996-cı il təvəllüdlü Sevanə Məmmədovanın dünyaya gətirdiyi ilk övladı oğlandır.

Hazırda ana və körpəyə zəruri tibbi xidmətlərin göstərilməsi davam etdirilir, vəziyyətləri qənaətbəxşdir.

Valideynləri körpəyə babası Mehdinin adını qoyublar.

Qeyd edək ki, körpənin atası İlqar Məmmədov Vətən müharibəsinin iştirakçısı olub və hazırda ANAMA-da işləyir.

AzNews.az