"Media münaqişələrin alovlanmasına xidmət etməməlidir" - MŞ sədri

4 Fevral 2025 10:31 (UTC+04:00)

"Jurnalistika və media heç bir halda cəmiyyətdə gərginliyin yaranmasına və artmasına, ayrı-ayrı fərdlər arasında münaqişələrin alovlanmasına xidmət etməməlidir".

AzNews.az xəbər verir ki, bu barədə Mətbuat Şurasının sədri Rəşad Məcid paylaşıb.

Rəşad Məcidin paylaşımı son vaxtlar Azərbaycanda baş verən həm bəzi lokal olaylar, həm də geopolitik məsələlər kontekstində medianın rolu barədə tənqidi fikirlərə bir növ cavab kimi diqqət çəkib.

MŞ sədri xatırladıb ki, media tam qərəzsiz davranmalı, fəaliyyəti ilə qərəzli olduğuna dair azacıq şübhələrin belə olmasına yol verməməlidir:

"Əksinə, problemli situasiyaların aradan qaldırılması naminə çalışmalı, bir sözlə, mütərəqqi missiya yerinə yetirməlidir".

AzNews.az