AFFA-nn iki qadın nümayəndəsinə beynəlxalq etimad göstərildi

4 Fevral 2025 10:51 (UTC+04:00)

AFFA-nın vitse-prezidenti və İcraiyyə Komitəsinin üzvü Könül Mehdiyeva və qurumun Uşaq və Gənclər üzrə Yarışların təşkili şöbəsinin baş mütəxəssisi Zümrüd Ağayeva beynəlxalq təyinat alıblar.

Onlar UEFA Gənclər Liqası matçlarında iş başında olacaqlar.

K. Mehdiyeva fevralın 11-də gerçəkləşəcək "Dinamo" (Ukrayna) - "Atalanta" (İtaliya), Z. Ağayeva isə növbəti gün "Trabzonspor" (Türkiyə) - "Yuventus" (İtaliya) qarşılaşmasında UEFA nümayəndəsi funksiyasını yerinə yetirəcək.

Qeyd edək ki, ilk oyun Türkiyənin Antalya şəhərinin Manavqat rayonunda, ikinci görüş isə Trabzonda oynanılacaq.

AzNews.az