ABŞ prezidenti Donald Tramp Kanadanın baş naziri Castin Trüdo ilə danışıqların nəticələrindən razı qalıb.
Amerika lideri bu barədə "Truth Social" sosial şəbəkəsindəki səhifəsində məlumat verib.
“Prezident kimi bütün amerikalıların təhlükəsizliyini təmin etmək mənim məsuliyyətimdir və mən bunu edirəm. Mən [danışıqların] bu ilkin nəticəsindən çox məmnunam", - onun bəyanatında deyilir.
O əlavə edib ki, daha əvvəl Kanadaya elan edilən tariflər 30 gün müddətinə dayandırılacaq. Bu müddət ərzində ABŞ prezidentinin sözlərinə görə, Kanada ilə yekun iqtisadi sazişin strukturlaşdırılması imkanı yaradılacaq.
Mövsüm
Aznews.az