"Müharibəni uduzmaq bizə müstəqillik bəxş elədi" - Nikol Paşinyan ABŞ-da

4 Fevral 2025 12:51 (UTC+04:00)

Ermənistanın Baş naziri Nikol Paşinyanın sözlərinə görə, 44 günlük müharibədən sonra onun ölkəsi müstəqil və suveren dövlətə sahib olmaq imkanı əldə edib.

AzNews.az İrəvan mediasına istinadən xəbər verir ki, o, bu barədə ABŞ-da erməni icmasının nümayəndələri ilə görüşdə bildirib.

O, regionda Ermənistana qarşı mənfi münasibətin formalaşdığını da qeyd edib.

AzNews.az