ABŞ prezidenti Donald Trampın andiçmə mərasimi ilə gömrük böhranı yaranıb.
Brüsseldə keçirilən ilk müdafiə sammitindən sonra mətbuata açıqlama verən Avropa İttifaqı (Aİ) Komissiyasının sədri Ursula fon der Leyen Tramp administrasiyasının vergi artımı siyasətlərinə də toxunub.
“HAZIRIQ, HƏDƏF OLSAQ, SƏRT CAVAB VERƏCƏYİK”
Leyen qeyd edib ki, Aİ-yə üzv olan 27 ölkənin liderləri ABŞ ilə münasibətlərlə yanaşı, müdafiə məsələsini də müzakirə ediblər.“Aİ ABŞ ilə möhkəm və konstruktiv dialoqa hazırdır, lakin biz də ABŞ-la münasibətlərdə potensial çətinliklərin fərqindəyik və buna hazırıq.
“Aİ ABŞ ilə möhkəm və konstruktiv dialoqa hazırdır, lakin biz də ABŞ-la münasibətlərdə potensial çətinliklərin fərqindəyik və buna hazırıq. Aİ ədalətsiz və ya özbaşına hədəfə alınarsa, sərt cavab verəcək”.
“BU İQTİSADİYYATA LAZIMSIZ ZƏRƏR VERİR”
Von der Leyen Tramp administrasiyasının Kanada və Meksikaya yüksək tariflər tətbiq etmək qərarı haqqında deyib: “Bu tariflər biznes xərclərini artırır, işçilərə və istehlakçılara zərər verir. İqtisadiyyatlara lazımsız ziyan vurur və inflyasiyanı artırır. Bunun yaxşı nəticə verəcəyini düşünmürük”.
Mövsüm
Aznews.az