Avropadan Gürcüstana göndərilən hər sent yoxlanılmalıdır - Papuaşvili

4 Fevral 2025 14:55 (UTC+04:00)

Brüssel və Avropanın digər paytaxtlarından Gürcüstana xərclənən hər bir sent yoxlanılmalı və ictimaiyyətə açıqlanmalıdır.

Bunu Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili parlamentin yaz sessiyasının ilk iclasında çıxışı zamanı deyib.

O bildirib ki, ABŞ xarici yardımla bağlı şəffaflıq nümunəsi yaratdı, digər donorların fəaliyyətsizliyi qəbuledilməzdir.

“ABŞ-nin yeni administrasiyası xarici yardım adı altında daxili siyasətə zərərli müdaxilələrin maliyyələşdirildiyini qəbul etdi. Bu fonda bəzi donorların öz QHT-lərini şəffaflıq barədə qanuna qarşı qaldırması artıq təəccüblü deyil", - o qeyd edib.

AzNews.az