ABŞ prezidenti Donald Trampın Vaşinqtonu Paris iqlim sazişindən çıxarmaq qərarından sonra Avropa İttifaqı (Aİ) ətraf mühit siyasətinə yenidən baxmalıdır.
Bunu Avropa Parlamentinin (AP) Slovakiyadan olan üzvü Erik Kalinyak Avropa Komissiyasına (AK) müraciətində deyib.
“2025-ci il yanvarın 20-də Birləşmiş Ştatların yeni seçilmiş Prezidenti bir neçə icra sərəncamı imzaladı, o cümlədən ABŞ-inin BMT-dəki səfirinə BMT-nin Çərçivə Konvensiyasına uyğun olaraq ABŞ-nin Paris İqlim dəyişikliyi Sazişindən çıxması ilə bağlı dərhal rəsmi yazılı bildiriş təqdim etməyi əmr etdi”, - deyə parlamentari qeyd edib.
Həmçinin bildirək ki, Avropa Parlamentinin deputatı AK-dan ABŞ-nin bu addımının nəticələrinin, xüsusən də Aİ-nin yaşıl siyasətinə təsiri ilə bağlı təhlilin aparılıb-aparılmadığını soruşub.
Mövsüm
Aznews.az