NATO-nun keçmiş baş katibi və Münhen Təhlükəsizlik Konfransının sədri Yens Stoltenberq Norveçin yeni maliyyə naziri təyin edilib.
Bu barədə Stoltenberq mətbuat konfransında qeyd edib.
“Bizim üzləşdiyimiz hazırkı çətinlikləri diqqətlə nəzərdən keçirdikdən sonra mən baş nazir Gara Störenin maliyyə naziri vəzifəsini tutmaq xahişini qəbul etmək qərarına gəldim”,- deyə Stoltenberq vurğulayıb.
O əlavə edib ki, səlahiyyət müddəti başa çatdıqdan sonra Münhen Təhlükəsizlik Konfransına və digər vəzifələrinə qayıdacaq.
Mövsüm
Aznews.az