2023-cü il sentyabrın 25-də Azərbaycan Respublikasının Xankəndi şəhərində yanacaqdoldurma məntəqəsində baş vermiş partlayışla bağlı başlanmış cinayət işi çərçivəsində "Artsax Müdafiə Ordusu"nun "sonuncu komandiri", "general" Kamo Vardanyan məsuliyyətə cəlb oluna bilər.
AzNews.az xəbər verir ki, bu barədə İrəvan mediası məlumat yayıb.
Ermənistan mediasının yazdığına görə, o günlərdə işğalçı ordu qalıqlarının nəzarətində olan Xankəndi şəhəri yaxınlığındakı hərbi hissənin ərazisində yerləşən yanacaq anbarının mühafizəsi qanunsuz hərbi birləşmənin xüsusi təyinatlı hissəsinə həvalə edilibmiş: "Bu bölmə yanacağın vətəndaşlar arasında təhlükəsiz paylanmasını təmin etməli idi, lakin bu tapşırıq yerinə yetirilməyib".
Kamo Vardanyan 2020-ci ildə İkinci Qarabağ Savaşının bitməsindən bir il sonra- 2021-ci ilin sentyabrında "Artsaxın müdafiə naziri" və "Müdafiə Ordusunun komandanı" təyin edilib.
İrəvan mediasıba ibtidai istintaq barədə sızan məlumatlara görə, Vardanyanın insidentdə mümkün əli olduğu inkar edilmir.
AzNews.az