COP29-a qarşı İrəvanda aksiya keçirən Qreta Tunberq İsveçdə ittiham olunur

4 Fevral 2025 15:53 (UTC+04:00)

İsveçli fəal Qreta Tunberq Stokholmda Fələstin tərəfdarı etiraz aksiyasında iştirak etdikdən sonra polisə tabe olmamaqda ittiham olunub.

Bu barədə hüquq-mühafizə orqanlarına istinadən “Expressen” qəzeti məlumat yayıb.

"İttihama görə, Tunberq qışqırıb, səs-küy salıb, pəncərələri döyüb və polisə qulaq asmayıb", - məqalədə deyilir.

29 may 2024-cü il tarixində Stokholmdakı Kral Texnologiya İnstitutunda baş tutan tədbirin təşkilatçıları onu keçirmək üçün hakimiyyətdən icazə almayıb. Nümayişdə ümumilikdə 20 nəfər iştirak edib.

Mövsüm

Aznews.az