Bu qurumda sədr müavinlərinin sayı artırılır

4 Fevral 2025 15:55 (UTC+04:00)

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) sədrinin müavinlərinin sayı artırılır.

Bu, Prezident İlham Əliyevin imzaladığı Fərmanla “Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin Nizamnaməsi”nə edilən dəyişiklikdə əksini tapıb.

Dövlət Agentliyi sədrinin müavinlərinin sayı 2-dən 3-ə qaldırılır.

AzNews.az