ABŞ prezidenti Donald Tramp ölkədə etdiyi köklü dəyişikliklərə yenisini əlavə etməyə hazırlaşır.
Federal hökumətin təhsil sisteminə müdaxiləsini və hökumətə iqtisadi təzyiqi azaltmağı hədəfləyən Tramp Təhsil Departamentini bağlayacağını açıqlayıb.
Trampın bu məsələdə ilk addımı Təhsil Nazirliyinə ayrılan büdcəni azaltmaq olacaq.
Qısa zamanda büdcənin azaldılmasına dair sərəncam imzalaması gözlənilən Tramp Konqresin təsdiqini alarsa, Təhsil Departamentini tamamilə bağlayacaq.
Və bu qərarla artıq dövlət idarəçiləri təhsilə cavabdeh olacaqlar.
“BİZ TƏHSİL SAHƏSİ ƏN PİS ÖLKƏLƏRDƏN BİRİYİK”
Mövzu ilə bağlı izahat videosunu paylaşan Tramp, digər ölkələrə nisbətən tələbə başına 3 dəfə çox pul ödədiklərini, ABŞ-nin təhsil sahəsində siyahının sonunda olduğunu bildirib.
Tramp videoda bu sözləri deyib:
- Prezidentliyimdə çox erkən edəcəyim başqa bir şey Vaşinqtonda Təhsil Departamentini bağlamaq və bütün təhsil səylərini və ehtiyaclarını ştatlara geri göndərməkdir. Biz istəyirik ki, ştatlar uşaqlarımızın təhsilini idarə etsinlər, çünki onlar bunu daha yaxşı edəcəklər. Daha pis ola bilməz. Biz digər ölkələrlə müqayisədə hər tələbəyə 3 dəfə çox pul xərcləyirik, buna baxmayaraq, təhsildə sonuncu yerdəyik. Biz təhsildə ən pis ölkələrdən biriyik. Bundan daha pis ola bilməz. Biz Vaşinqtondan gələn təhsil sisteminə son qoyacağıq, onu tamamilə bağlayacağıq. Hər yerə səpələnmiş o binaları da aradan qaldıracağıq. Üstəlik, bu sistemdə çalışan bəzi insanlar bizim uşaqlarımıza nifrət edirlər. Biz təhsili tamamilə ştatlara qaytaracağıq. Çox sağ olun.
Mövsüm
Aznews.az